Eriksen “Tottenhem”lə yeni müqavilə imzalamaqdan imtina etdi
İngiltərənin “Tottenhem” klubu yarımmüdafiəçisi Kristian Eriksenə yeni müqavilə təklif edib.
Komanda.az “Marca”ya istinadən xəbər verir ki, Danimarka yığmasının üzvü London klubunun bu təklifindən imtina edib.
Nəşrin iddiasına görə, 29 yaşlı futbolçu yayda “Tottenhem”i tərk etməyə hazırlaşır. Bu üzdən də o, indiki klubunun bütün təkliflərini geri çevrir.
Qeyd edək ki, 2013-cü ildə yetirməsi olduğu “Ayaks”dan London klubuna keçən Eriksenin “Tottenhem”lə mövcud müqaviləsinin müddəti 2020-ci ilin yayında bitəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin