“Qalatasaray” Eriksenlə razılığa gəlib
“Mançester Yunayted”in futbolçusu Kristian Eriksen karyerasını Türkiyədə davam etdirə bilər.
Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, danimarkalı yarımmüdafiəçinin xidmətində “Qalatasaray” maraqlıdır.
31 yaşlı futbolçunun “Qalatasaray”la şəxsi şərtləri razılaşdırdığı bildirilir. “Sarı-qırmızılar” İngiltərə klubu ilə icarə müqaviləsinin şərtlərini müzakirə edir.
Eriksen 2022-ci ilin yayından “Mançester Yunayted”də çıxış edir. O, bu mövsüm “qırmızı şeytanlar”ın heyətində meydana çıxdığı 19 matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin