Eriksen özünə gəldi, Danimarka – Finlandiya matçı davam edəcək
AÇ-2020-nin B qrupu çərçivəsində baş tutan Finlandiya ilə matçda huşunu itirərək yerə yıxılan Danimarka millisinin futbolçusu Kristian Eriksenin durumuna aydınlıq gəlib.
Komanda.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
29 yaşlı yarımmüdafiəçinin vəziyyətinin sabit olduğu diqqətə çatdırılıb. Danimarka Futbol Federasiyası da təcrübəli oyunçunun özünə gəldiyini və hazırda xəstəxanada müayinə olunduğunu açıqlayıb.
Artıq Danimarka – Finlandiya matçı ilə bağlı yekun qərar da açıqlanıb. UEFA-nın rəsmi saytının yaydığı məlumata görə, qarşılaşma bu gün Bakı vaxtı ilə saat 22:30-da qaldığı yerdən – 41-ci dəqiqədən davam etdiriləcək. Əvvəlcə birinci yarının qalan 4 dəqiqəsi oynanılacaq. 5 dəqiqəlik fasilədən sonra isə ikinci hissə başlayacaq.
Qeyd edək ki, məlum hadisəyə qədər qarşılaşmada hesab açılmamışdı – 0:0.
Bizi Facebook-da izləyin