Eriksen bu klubun təklifini nəzərdən keçirir

Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen “Lester”in müqavilə təklifini nəzərdən keçirir.

Komanda.az xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb. Eriksen ötən mövsümün ikinci yarısında “Brentford”da çıxış edib. İndi danimarkalı futbolçu azad agent statusundadır və müxtəlif klublardan gələn təklifləri nəzərdən keçirir.

Daha əvvəl 30 yaşlı yarımmüdafiəçi ilə “Mançester Yunayted” və “Tottenhem”in də maraqlandığı bildirilirdi.

O, ötən mövsüm “Brentford”un heyətində 11 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button