Erik Ten Haq kapitanlığı ondan aldı
Müdafiəçi Harri Maquayr sosial şəbəkə hesabında artıq “Mançester Yunayted”in kapitanı olmadığını açıqlayıb.
Komanda.az xəbər verir ki, o, sarğının ondan alındığını bəyan edib:
“Baş məşqçi Erik Ten Haq mənə dedi ki, kapitanı dəyişir. O, səbəblərdən danışdı. Son dərəcə məyus olsam da, hər dəfə klub forması geyinəndə əlimdən gələni etməyə davam edəcəyəm”.
İngiltərəli futbolçunun “Mançester Yunayted”lə hazırkı müqaviləsi 2025-ci ilə qədərdir. Ötən mövsüm 30 yaşlı müdafiəçi bütün yarışlarda 31 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin