Öz komandasının qəniminə çevrilən futbolçu
“Feyenoord” Hollandiya Erediviziyasının 22-ci turunda səfərdə “Qroningen”ə 0:1 hesabıyla məğlub olub.
Komanda.az xəbər verir ki, görüşün taleyini həll edən yeganə qolu öz qapısına vuran “Feyenoord”lu Sven van Beek, yeni antirekorda imza atıb. Bu barədə Hollandiya mətbuatı məlumat yayıb.
“Feyenoord”la 106 rəsmi görüşdə iştirak edən van Beek, karyerasında 6-cı avtoqolunu vurub. O, bununla da, Hollandiya çempionatlarında öz qapısına ən çox qol vuran futbolçu ünvanına şərik olub.
Van Beekdən əvvəl “Sparta” (Rotterdam) və “Venloo” klubunun sabiq futbolçusu Mariliya 114 rəsmi qarşılaşmada 6 dəfə öz qapısına yol tapmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin