Erediviziyada 4 oyun təxirə salındı
Niderland çempionatının 22-ci turunun bu günə olan qarşılaşmaları təxirə salınıb.
Komanda.az Niderland mətbuatına istinadən xəbər verir ki, əlverişsiz hava səbəbiylə bu gün keçirilməsi nəzərdə tutulan 4 oyun təxirə salınıb. “Utrext” – “Ayaks”, “Alkmaar” – “Feyenoord”, “Sparta” – “Den Haq”, “Emmen” – “Tvente” qarşılaşmaları fırtına səbəbiylə baş tutmayacaq.
Sözügedən oyunların nə vaxt keçiriləcəyi açıqlanmayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin