Ərdoğan döyülən hakimlə telefonla danışıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xəstəxanada olan futbol hakimi Halil Umut Melerlə telefonla danışıb.
Komanda.az xəbər verir ki, ölkənin daxili işlər naziri Ali Yerlikaya 37 yaşlı referini ziyarət edib.
Ərdoğan ədalət təmsilçisinin tezliklə sağalmasını arzulayıb.
Super Liqanın 15-ci turunun “Ankaragücü” – “Rizəspor” (1:1) oyunundan sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin