Eratın komandasından daha bir qələbə
Futbol üzrə Türkiyə 2-ci liqasında 32-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq üzvü Toğrul Eratın formasını geyindiyi “Fatih Karagümrük” klubu da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Tarsus İdman Yurdu” ilə üz-üzə gəlib. Eratın komandası bu görüşdən qəbəbə ilə ayrılıb – 2:1.
Toğrul bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
“Fatih Karagümrük” 32 turdan sonra 62 xalla 18 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin