Eratın komandasından əzmkar qələbə

Futbol üzrə Türkiyə 2-ci liqasında 23-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq üzvü Toğrul Eratın formasını geyindiyi “Fatih Karagümrük” klubu da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Zonquldak Kömürspor” ilə üz-üzə gəlib. Eratın komandası bu görüşdən əzmkar qələbə ilə ayrılıb – 2:1.

Toğrul da bu görüşün iştirakçısı olub. O, 69-cu dəqiqədə meydana buraxılıb.

“Fatih Karagümrük” 23 turdan sonra 43 xalla 18 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button