Eratın komandası ilk yarımfinal matçında məğlub oldu
Futbol üzrə Türkiyə 2-ci liqasında 1-ci liqaya vəsiqə uğrunda pley-off oyunları keçirilir.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq futbolçusu Toğrul Eratın formasını geyindiyi “Fatih Karagümrük” də bu mərhələdə növbəti oyununa çıxıb.
Sözügedən kollektiv yarımfinal çərçivəsində səfərdə “Manisa BB” ilə qarşılaşıb. Futbolçumuzun komandası səfərdə minimal hesabla məğlub olub – 0:1.
Toğrul bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
“Fatih Karagümrük” finala vəsiqə qazanmaq üçün mayın 21-də doğma meydanda baş tutacaq cavab görüşündə mütləq inamlı qələbə əldə etməlidi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin