Eratın komandası finala yüksəldi

Futbol üzrə Türkiyə 2-ci liqasında 1-ci liqaya vəsiqə uğrunda pley-off oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq futbolçusu Toğrul Eratın formasını geyindiyi “Fatih Karagümrük” də bu mərhələdə növbəti oyununa çıxıb.

Sözügedən kollektiv yarımfinal çərçivəsində doğma meydanda “Manisa BB” ilə qarşılaşıb. İlk oyunda minimal hesabla (0:1) uduzan futbolçumuzun komandası cavab matçında inamlı qələbə qazanmaqla finala yüksəlib – 2:0.

Toğrul bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Fatih Karagümrük” finalda “Sakaryaspor”la üz-üzə gələcək. Mayın 28-də keçiriləcək həlledici oyunda qələbə qazanacaq kollektiv 1-ci liqaya vəsiqə əldə edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button