Erat üçün 74 dəqiqə və 1 xal
Futbol üzrə Türkiyə 2-ci liqasında 30-cu turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq üzvü Toğrul Eratın formasını geyindiyi “Fatih Karagümrük” klubu da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Şanlıurfaspor” ilə üz-üzə gəlib. Eratın komandası bu görüşdən heç-heçə ilə ayrılıb – 0:0.
Toğrul da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 74-cü dəqiqədə əvəzlənib.
“Fatih Karagümrük” 30 turdan sonra 56 xalla 18 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin