Erat oynadı, komandası məğlub oldu
Futbol üzrə Türkiyə 2-ci liqasında 22-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq üzvü Toğrul Eratın bu qış transfer olunduğu “Fatih Karagümrük” klubu da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Sivas 4 Eylül” komandası ilə üz-üzə gəlib. Eratın formasını geyindiyi komanda bu görüşdən məğlubiyyətlə ayrılıb – 0:1.
Toğrul da bu görüşün iştirakçısı olub. İlk dəfə start heyətdə meydana çıxan millimizin sabiq üzvü fasilədə əvəzlənib.
“Fatih Karagümrük” 22 turdan sonra 40 xalla 18 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin