Erat oynadı, komandası doğma meydanda uduzdu

Futbol üzrə Türkiyə 2-ci liqasında 27-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq üzvü Toğrul Eratın formasını geyindiyi “Fatih Karagümrük” klubu da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Manisa” ilə üz-üzə gəlib. Eratın komandası bu görüşdən məğlubiyyətlə ayrılıb – 0:2.

Toğrul da bu görüşün iştirakçısı olub. O, 51-ci dəqiqədə meydana buraxılıb.

“Fatih Karagümrük” 27 turdan sonra 52 xalla 18 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button