“Əl-Hilal” rəsmisi “İnter”in baş məşqçisi və futbolçusu üçün İtaliyaya gedib

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun direktorlar şurasının sədri Fəhad bin Nafel “İnter” rəhbərliyi ilə danışıqlar aparmaq üçün Milana gedib.

Komanda.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.

“Əl-Hilal” “İnter”in yarımmüdafiəçisi Nikolo Barellanı və baş məşqçi Simone İnzaqini öz rənglərinə bağlamaq arzusundadır. Barella üçün əvvəlki təklif rədd edilib, ancaq ərəblər daha bir addım atmağa ümidlərini itirməyiblər.

Bir neçə gün əvvəl “İnter” rəhbərliyi bildirmişdi ki, İnzaqinin müqaviləsinin müdəttinin 2028-ci ilə qədər uzadılmasında heç bir şübhə yoxdur. Bu baş verərsə, o, ildə 7 milyon avro (+əlavə ödənişlər) alacaq və A Seriyasında ən yüksək maaş alan məşqçi olacaq. O, “Əl-Hilal”da isə 20 milyon avroya qədər maaş ala bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button