Ərəblər “Liverpul”un futbolçusuna elə maaş təklif edir ki…

Darvin Nunyes tezliklə “Liverpul”dan “Əl-Hilala” keçə bilər.

Komanda.az “Anfield Watch”-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu uruqvaylı futbolçuya böyük məbləğdə pul ödəməyə hazırdır.

“Əl-Hilal” Nunyesə həftədə 400 min funt sterlinq civarında maaş təyin etmək istəyir. O, hazırda “Liverpul”da həftədə təxminən 140 min funt-sterlinq qazanır. Bu o deməkdir ki, Nunyesin maaşı təxminən üç dəfə arta bilər.

“Əl-Hilal”ı 26 yaşlı oyunçunun “Benfika”dan tanıdığı Jorje Jezus çalışdırır. O, 2024/25 mövsümündə 26 oyun keçirib, 4 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button