Ərəblərdən braziliyalı qapıçıya sərfəli təklif

“Mançester Siti”nin qapıçısı Ederson Moraes Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun maraq dairəsindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klublar potensial müqavilə ilə bağlı danışıqlar aparır.

“Əl-İttihad” braziliyalı futbolçuya bir ilə 25 milyon avro maaşla üç illik müqavilə təklif edir. 30 yaşlı qolkiper artıq transferə ilkin razılıq verib.

Ederson 2017-ci ildən “Mançester Siti”də çıxış edir. O, ümumilikdə “şəhərlilər”in heyətində 332 oyun keçirib və 257 qol buraxıb. Onun Premyer Liqa çempionu ilə müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button