“Əl-Nəsr”dən “Mançester Siti”nin qapıçısına 30 milyon avroluq təklif

“Əl-Nəsr” “Mançester Siti”nin qapıçısı Edersona müqavilə təklif edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu braziliyalı futbolçuya 30 milyon avro maaşla iki illik müqavilə təklif edib.

Ederson razılaşarsa, “Əl-Nəsr” tələb olunan təzminatı ödəyərək, müqaviləni bağlamaq üçün dərhal “Mançester Siti”yə müraciət edəcək. Futbolçu daha çox pul qazanmaq üçün Səudiyyə Ərəbistanına keçməyə etiraz etməyəcək.

30 yaşlı qolkiper 2017-ci ildə “Benfika”dan “Mançester Siti”yə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button