“Əl-Hilal” “Sevilya”nın qapıçısı üçün 21 milyon avro ödəyəcək
“Əl-Hilal” “Sevilya”nın qapıçısı Yassin Bononun qiymətini razılaşdırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ərəblər Bono üçün ispanlara 19 milyon avro, üstəlik 2 milyon bonus ödəyəcək.
Hazırda “Əl-Hilal” mərakeşli futbolçunun özü ilə danışıqlar aparır. Tezliklə tərəflərin tam razılığa gələcəyi gözlənilir.
Bono ötən mövsüm “Sevilya”nın heyətində bütün yarışlarda 36 oyuna çıxıb. 32 yaşlı qolkiperin İspaniya klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna kimi qüvvədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin