
Ərəblərdən “Arsenal”a 35 milyon avroluq təklif
“Arsenal”ın cinah oyunçusu Leandro Trossard yaxın günlərdə komandasını tərk edə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, transfer pəncərəsinin açıq olduğu vaxtda Səudiyyə Ərəbistanı klubu belçikalı futbolçu ilə maraqlanır. “Əl-İttifaq” 29 yaşlı yarımmüdafiəçi üçün 35 milyon avro təklif edir. “Arsenal” isə hələ ki, onu satıb-satmayacağına dair qərar verməyib. Baş məşqçi Mikel Arteta Trossardla ayrılmaq istəmir.
Trossard İngiltərə Premyer Liqasının ilk 3 turunda 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin