“Əl-Əhli” tanınmış futbolçunu heyətdən kənarlaşdırıb

Səudiyyə Ərəbistanı klubları son illərdə geniş maliyyə imkanlarından istifadə edərək Avropadan aparıcı oyunçuları rahat şəkildə transfer edirlər.

Ancaq əks proses – ərəblərin əvvəllər transfer etdikləri ən yaxşı oyunçulardan imtina etməsi illər ərzində baş vermədi.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, indi isə “Əl-Əhli” sözün əsl mənasında hücumçu Roberto Firminonu komandadan qovur.

Qalenonun transferindən sonra Ciddə klubu Firminonu komandanın ölkə çempionatı oyunları üçün nəzərdə tutulan heyətindən kənarlaşdırıb. Bu isə o deməkdir ki, 33 yaşlı braziliyalı forvard indi yalnız Asiya Çempionlar Liqasında oynamaq hüququna malikdir.

Braziliya klublarının Firminonu almaq üçün cəhdlər edəcəyi gözlənilir. Bu ölkədə transfer pəncərəsi açıqdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button