Neymar üçün 200 milyon avro ödəməyə hazırdırlar!

Neymar karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu brazilyalı hücumçu üçün 200 milyon avrodan çox xərcləməyə hazırdır. Bu məbləğə transferin dəyəri və futbolçunun 3 illik maaşı daxildir.

Parislilər hücumçunu Avropa klublarına satmaq istəmədikləri üçün onu “Əl Hilal”a satmağa hazırdırlar. Futbolçunun özü Səudiyyə Ərəbistanına köçmək fikrinə şübhə ilə yanaşır.

Neymarın mümkün transferi ilə bağlı hələlik dəqiq məlumat yoxdur. İndi “Əl-Hilal” və PSJ yalnız Marko Verrattinin transferini müzakirə edirlər. Neymarla bağlı danışıqların tezliklə başlayacağı gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button