Ərəblər Messi ilə danışıqlara başlayıb

Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu Lionel Messi ilə danışıqlara başlayıb.

Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, ərəblər argentinalı hücumçunu “İnter Mayami” ilə müqaviləsinin müddəti bitdikdən sonra heyətə cəlb etmək niyyətindədir.

“Əl-Əhli” rəhbərliyi argentinalını bir neçə həftədir ki, razı salmağa çalışır. Tərəflər arasında maliyyə məsələsi ilə bağlı detallar açıqlanmayıb.

Messinin Amerika klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin dekabrına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button