
Ərəblər yüksək maaş təklif edir – Braziliyalı futbolçuya
“Arsenal”ın müdafiəçisi Qabriel Maqales İngiltərə Premyer Liqasından Səudiyyə Ərəbistanı çempionatına keçə bilər.
Komanda.az “Give Me Sport”-a istinadən xəbər verir ki, portuqaliyalı hücumçu Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” braziliyalı futbolçu ilə maraqlanır.
Səudiyyə Ərəbistanı klubunun rəhbərliyi yay transfer pəncərəsində Qabriel üçün təklif göndərməyi planlaşdırır. O, illik 20 milyon avro maaş ala bilər ki, bu da onun Londondakı qazancından xeyli yüksəkdir.
Qabriein transfer dəyəri 75 milyon avro qiymətləndirilir və “topçular”la müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



