
Ərəblərdən Qvardiolaya sərfəli təklif
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola 2024/25 mövsümünün sonunda komandanı tərk edə bilər.
Komanda.az “El Nacional”-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssisin Səudiyyə Ərəbistanı çempionatında işləmək variantı var.
Adı açıqlanmayan klublardan biri Qvardiolaya iş təklif edib. Ona Mançesterdəki maaşından bir neçə dəfə yüksək olan çox yaxşı maliyyə şərtləri təklif olunub.
54 yaşlı mütəxəssis 2016-cı ilin yayından “Mançester Siti”də çalışır. Onun “şəhərlilər”lə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonunda başa çatacaq.
“Mançester Siti”nin Qvardiolanı “Real”ın baş məşqçisi Karlo Ançelotti ilə əvəzləmək istədiyi deyilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



