“Liverpul”un futbolçusu Səudiyyə Ərəbistanında ev axtarır
“Liverpul”un müdafiəçisi Joel Matip karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.
Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, 32 yaşlı futbolçuya “Əl-İttifaq”dan təklif gəlib. Matipin artıq Səudiyyə Ərəbistanında ailəsi üçün icarəyə ev axtardığı bildirilir.
2010-2015-ci illərdə Kamerun millisinin şərəfini qorumuş Matip “Liverpul”dan əvvəl 2009-2016-cı illərdə “Şalke”də oynayıb. Onun Mersisayd klubu ilə müqaviləsi 2024-cü il iyun ayına qədər nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin