“Epizodlarımız oldu, fərqlənə bilmədik” – Vitali Borisov

Futzal üzrə DÇ-2024-ün elit-raundunun Qazaxıstan – Azərbaycan oyunundan sonra milli komandamızın baş məşqçisi Vitali Borisov fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, 0, 2:3 hesablı məğlubiyyəti belə şərh edib:

“Oyun kifayət qədər gərgin keçdi. Hesabda 2 top fərqi ilə önə keçsək də, üstünlüyümüzü qoruya bilmədik. Rəqib bu gün bizdən daha yaxşı oynadı, qol epizodları çox oldu. Qazaxıstan millisini təbrik edirəm. Uşaqlar sona qədər mübarizə apardılar, əllərindən gələni etdilər. 5-in 4-ə oynayan zaman şanslarımız oldu, amma fərqlənə bilmədik. Növbəti oyunu düşünməliyik. Bakıda Rumıniya ilə qarşılaşacağıq. Bu matçda qələbə qazanmalıyıq ki, mübarizəni davam etdirmək imkanımız olsun. Düzdür, heyətimizdə itkilər olacaq. Bu gün sarı vərəqə alan Eduardo cəzalı duruma düşdü. Əvəzində analoji səbəbdən Astanadakı oyunu buraxan Felipinyo komandaya qoşulacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button