“Çelsi”nin futbolçusu üçün mövsüm başa çatdı

“Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandes əməliyyat olunmağa qərar verib.

Komanda.az xaric KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu bu gün əməliyyat masasına uzanacaq. Bu əməliyyata görə Fernandes bütün mövsümü buraxmalı olacaq.

Futbolçunun iki seçimi var idi: yayda və ya indi əməliyyat olunmaq. Argentinalı oyunçu iyun ayında əməliyyat olunsaydı, Amerika kubokunu buraxmalı olacaqdı. Fernandes böyük turniri qurban vermək istəməyərək, indi əməliyyat olunmağa qərar verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button