Luis Enrike 2 futbolçunu “silib”

PSJ-nin baş məşqçisi Luis Enrike Randal Kolo Muani və Milan Skrinyar haqda qərar verib.

Fransalı və slovakiyalı futbolçular bazar günü Fransa superkubokunun “Monako”ya qarşı oyununda (1:0) parislilərin heyətinə daxil edilməyib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, buna səbəb ispaniyalı çalışdırıcının hər iki oyunçu ilə daha hesablaşmamasıdır.

PSJ yanvardakı transfer pəncərəsində 26 yaşlı forvard və 29 yaşlı müdafiəçini satmağa və ya icarəyə verməyə çalışacaq.

Müxtəlif çempionatların klublarının Randal Kolo Muani ilə maraqlandığı haqda məlumatlar var. Skrinyar üçün əsas namizəd isə “Qalatasaray” hesab olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button