DÇ-2022: “Finalda görüşərik!”
İspaniya millisinin çalışdırıcısı Luis Enrike Almaniyanın baş məşqçisi Hans-Diter Fliklə DÇ-2022-nin final matçında qarşılaşmaq istəyir.
Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, ispaniyalı baş məşqçi almaniyalı həmkarının ünvanına tərif yağdırıb:
“Mən onu çox bəyənirəm, savadlıdır. Komandadakı futbolçular da ona hörmətlə yanaşırlar. Finalda qarşılaşacağımız barədə razılaşmışıq”.
Luis Enrike Almaniya yığması ilə yenidən qarşılaşmağın yalnız finalda gerçəkləşəcəyini bildirib:
“Almaniya ilə yenidən qarşılaşmağın yeganə yolu turnirin finalıdır. Zarafat və ya ciddi, biz bu oyunu oynamaq üçün dekabrın 18-də Dohada bir-birimizi yenidən görəcəyimizi dedik”.
DÇ-2022-nin qrup mərhələsinin ikinci turunda İspaniya və Almaniya milliləri üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə başa çatıb.
E qrupuna 4 xalla İspaniya millisi başçılıq edir, Yaponiya ikinci, Kosta-Rika üçüncü, Almaniya isə sonuncudur.
Bizi Facebook-da izləyin