
Qvardiola: “Enrike bu uğura layiq idi”
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola PSJ-nin çalışdırıcısı Luis Enrikenin UEFA Çempionlar Liqasında qələbəsi haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:
“Enrike üçün çox xoşbəxtəm, o, bu uğura layiq idi. Biz parislilərlə oynayanda bu komandanın gücünü hiss etdim”.
PSJ və “İnter” arasında Çempionlar Liqasının final oyunu mayın 31-də Münhendəki “Allianz Arena”da baş tutub. Parislilər 5:0 hesabı ilə qələbə qazanıb və bu, klubun Çempionlar Liqasında ilk qələbəsi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin