Enrike təqvimdən şikayətçidir
PSJ-nin baş məşqçisi Luis Enrike aprelin 10-da Çempionlar Liqasının 1/4 finalında oynayacaqları “Barselona” ilə təqvim fərqinə münasibət bildirib.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, ispaniyalı məşqçi onları rəqabətli oyunların gözlədiyini deyib:
“Barsa” 10 gün istirahət edəcək və bizi rəqabətli matçlar gözləyir. Bu vəziyyətdə deyirəm ki, ən yaxşısı bu üç matçı oynamaqdır. On gün istirahət etsəydim, belə şəraitə uyğunlaşardım”.
“Barselona” ilə oyundan əvvəl Enrikenin komandası aprelin 3-də Fransa kubokunda “Renn”lə qarşılaşacaq. PSJ daha sonra, aprelin 6-da Fransa Liqa 1-in 28-ci turunun oyununda “Klermon”la üz-üzə gələcək. “Barselona” isə martın 30-da La Liqanın 30-cu turunda “Las Palmas”a qalib gəlib (1:0) və PSJ ilə matçdan əvvəl bir daha oyun keçirməyəcək.
Bizi Facebook-da izləyin