“Qarabağ”ın keçmiş futbolçusu “Sivasspor”la vidalaşdı
“Qarabağ”ın keçmiş futbolçusu Pedro Enrike Türkiyənin “Sivasspor” klubu ilə vidalaşıb.
Komanda.az xəbər verir ki, Braziliyanın “İnternasional” klubuna transfer olunan 32 yaşlı yarımmüdafiəçi bu haqda özünün sosial media hesabında yazıb:
“İllərlə ölkə xaricində oynadıqdan sonra qızımın müalicəsi müddətində yanında olmaq istəyimi “Sivasspor” rəhbərliyinə bildirdim. Bu məsələdə məni anlayışla qarşıladığı üçün başda prezident Məcnun Otyakmaz və vitse-prezident Erdar Sarılan olmaqla hər kəsə təşəkkür edirəm. Baş məşqçi Rıza Çalımbaya transfer müddətində anlayışına görə minnətdaram. Yaxşı və pis günlərimdə mənə dəstək olan azarkeşlərimizə, klub əməkdaşlarımıza, məşqçilərimizə, komanda yoldaşlarımıza və rəhbərliyə təşəkkür edirəm. Hamınızı sevirəm”.
Pedro Enrike 2017/2018 mövsümündə icarə əsasında “Qarabağ”da çıxış edib. O, bu mövsümün əvvəlində “Sivasspor”a transfer olunmuşdu.
Bizi Facebook-da izləyin