Luis Enrike PSJ-yə müdafiəçi alınmasını istəməyib
PSJ-nin baş məşqçisi Luis Enrike yeni cinah müdafiəçisi ilə müqavilə imzalamaq fikrindən vaz keçib. Yay transfer pəncərəsinin son günlərində Nordi Mukiele parislilərdən ayrılaraq, icarə əsasında Leverkuzen “Bayer”inə keçib.
Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, idman direktoru Luis Kampos ispan çalışdırıcıya Avropanın top-klubundan adı açıqlanmayan sağ cinah müdafiəçisi təklif edib – futbolçu ilə müqavilə transfer müddətinin bitməsinə az qalmış imzalana bilərmiş.
Enrike bu fürsətdən imtina edib. Mütəxəssis hazırkı heyətdən tam razı olduğunu və müdafiənin sağ cinahındakı çətinlikləri necə həll edəcəyini bildiyini söyləyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin