“Futbolçularıma zəng edəndə həmişə oynamağa hazır olmalıdırlar”
PSJ-nin baş məşqçisi Luis Enrike qapıçılar Matvey Safonov və Canluici Donnarumma arasındakı rəqabətlə bağlı fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı jurnalistlərə açıqlamasında bunu deyib:
“Mən qapıçılara heç vaxt demirəm ki, kimsə birinci və ya ikinci olacaq. Futbolçularım mən onlara zəng edəndə həmişə oynamağa hazır olmalıdırlar”.
Safonov bu yay PSJ-yə keçib, Donnarumma isə 2021-ci ildən Fransa nəhəngində çıxış edir.
PSJ sabah Fransa çempionatının ilk turu çərçivəsində səfərdə “Havr”la qarşılaşacaq. Matçın start fiti saat 22:45-də səslənəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin