ÇL: “Qələbəyə layiq idik”
PSJ-nin baş məşqçisi Luis Enrike komandasının UEFA Çempionlar Liqasının 6-cı turunun “Zalsburq”la oyununda (3:0) çıxışını dəyərləndirib.
Komanda.az “Canal+”-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı qələbəyə layiq olduqlarını bildirib:
“İlk dəqiqələrdən diqqətimizi cəmlədik və qələbəyə layiq idik. Komanda müdafiədə əla oynadı, rəqibimizin demək olar ki, qol şansı olmadı. Daha çox qol vura bilərdik, amma nəticə yenə də yaxşıdır. Biz inkişaf edirik, ancaq bütün aspektlərdə daha da yaxşılaşa bilərik. Oyun üslubumuz dəyişməsə də, Qonçalo Ramosun qayıdışı kömək etdi”.
PSJ-yə 3 xal vacib idi. Qonçalo Ramos, Nuno Mendeş və Desir Duainin vurduğu qollar qonaqların qələbəsini təmin edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin