“PSJ və “Barselona”nın matçdan əvvəl bu qədər çox zədə alması utancvericidir”

PSJ-nin baş məşqçisi Luis Enrike oktyabrın 1-də Çempionlar Liqasının ikinci turu çərçivəsində səfərdə baş tutacaq “Barselona” ilə oyun haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hər iki komandanın zədə probleminin olduğunu bildirib:

“PSJ və “Barselona”nın matçdan əvvəl bu qədər çox zədə alması utancvericidir. Bu, mənim üçün, Hans-Diter Flik (“Barselona”nın baş məşqçisi) üçün və hər iki komandanın azarkeşləri üçün böyük problemdir”.

PSJ-nin Liqa 1-də “Oser”lə oyununda (2:0) vəziyyət daha da gərginləşib. Yarımmüdafiəçi Vitinya zədələnib, Xviça Kvaratsxeliya da şübhəli zədə ilə fasilədə əvəzlənib.

“Barselona”da da xeyli sayda zədəli futbolçu var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button