Luis Enrike: “PSJ-də çox xoşbəxtəm”
PSJ-nin baş məşqçisi Luis Enrike Paris klubundakı gələcəyindən danışıb.
Komanda.az “BeİN Sports”-a istinadən xəbər verir ki, ispaniyalı məşqçi Fransa klubunda çox xoşbəxt olduğunu bildirib:
“PSJ-də çox xoşbəxtəm. Komandaya qoşulduğum gündən klubun prezidenti və idarə heyəti tərəfindən sevgi hiss etdim. Hamımız uzunmüddətli layihə üzərində işləyirik. Hər şey yaxşı gedir”.
Enrikenin PSJ ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir. İspaniyalı mütəxəssis komandanı 2023-cü il iyulun 5-dən çalışdırır.
Daha əvvəl mətbuatda Luis Enrikenin “Barselona”nın baş məşqçi postuna qayıda biləcəyi ilə bağlı məlumatlar yayılmışdı. O, karyerasının əvvəlində – 2014-2017-ci illərdə kataloniyalıları çalışdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin