
Ronaldinyonun heyran olduğu baş məşqçi
Braziliya millisinin və “Barselona”nın sabiq yarımmüdafiəçisi Ronaldinyo PSJ-nin baş məşqçisi Luis Enrikenin işi ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı keçmiş futbolçu, Enrikenin özünü tamamilə işinə həsr etdiyini bildirib:
“Enrike özünü tamamilə öz işinə həsr edib. O, nə yaratdığını çox gözəl başa düşür. Mən “Barselona”ya ilk gələndə onunla tanış olduq. Mən ona heyranam. O, əla oyunçu idi və indi də böyük məşqçidir. O, PSJ-də uğur qazana biləcək. Bu, böyük potensiala malik komandadır”.
Ronaldinyonun keçmiş komandası olan PSJ Liqa 1-də bu mövsüm vaxtından əvvəl çempionluğunu rəsmiləşdirib. UEFA Çempionlar Liqasında da çıxışını davam etdirən parislilər bu turnirin 1/4 finalında “Aston Villa” ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin


