“Oyunçularımda çoxlu sayda qüsur var idi” – Luis Enrike
PSJ-nin baş məşqçisi Luis Enrike Fransa çempionatında “Nitsa” ilə oyundan sonra (1:1) mətbuata açıqlama verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırcı oyunçularında çoxlu sayda qüsurların olduğunu bildirib:
“Oyunçularımda çoxlu sayda qüsur var idi. Həm sadə texniki məsələlərdə, həm də, ötürmələrdə səhvlər olurdu. İlk hissənin uğursuz olmasına baxmayaraq, futbolçularımın ruhu ilə fəxr edirəm. İkinci hissədə yenidən oyuna qayıtdıq. Futbolçuların reaksiyası xoşuma gəldi”.
PSJ Fransa çempionatının 7 turundan sonra 17 xal toplayıb və turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Enrikenin komandası lider “Monako”dan 2 xal geri qalır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin