
Luis Enrike ispan futbolçunun transferində israrlıdır
PSJ-nin baş məşqçisi Luis Enrike “Barselona”nın ispaniyalı yarımmüdafiəçisi Qavinin transferində israrlıdır.
Komanda.az xəbər verir ki, bu barədə “E-Noticies” məlumat yayıb.
İspaniyalı mütəxəssis 21 yaşlı futbolçunun uzunmüddətli zədəsini və yaxın aylarda meydana çıxmayacağını nəzərə alsa da, onun alınmasını vacib sayır.
Qavi bir müddət əvvəl dizindən növbəti dəfə əməliyyat keçirib və bərpa prosesi hələ də davam edir. O, yeni mövsümdə La Liqada cəmi iki oyuna çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



