Luis Enrike: “Nyukasl”dan daha yaxşı idik”

PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun “Nyukasl”la oyununu (1:1) şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komandasının qələbəyə layiq olduğunu söyləyib:

“Qələbəyə layiq idik. Əla oyun keçirdik və “Nyukasl”dan daha yaxşı idik. Nəticə meydanda baş verənləri əks etdirmir. Amma futbol belədir. Biz Avropada ən çox qol vuran komandalardan biriyik, amma bu gün top qapıya girmək istəmirdi. Ancaq biz bunu etdik. Mən çox şadam ki, uşaqlar səbirli qaldılar və məyusluğun onları alt-üst etməsinə imkan vermədilər”.

PSJ hazırda 7 xalla qrupda ikinci yerdədir. “Nyukasl” isə 5 xalla üçüncü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button