
“Futbolçular səhvlərə reaksiyamı görmək üçün gözləməli olacaqlar” – Enrike
PSJ-nin baş məşqçisi Luis Enrike komandasının futbolçularının matçlarda buraxdığı səhvlər barədə ictimaiyyət qarşısında danışmağa hazır olub-olmaması ilə bağlı sualı cavablandırıb.
Komanda.az AS-a istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı olduqca yumşaq olduğunu bildirib:
“Mən bunu edə bilərdim, amma sonra oyunçularla müqaviləni pozardım. Paltardəyişmə otağında “çirkli paltarlar” yuyulur. Mən olduqca yumşağam və PSJ-də çalışdığım məqsəd çox aydındır. Müzakirə üçün yer yoxdur. Futbolçular mənim səhvlərə reaksiyamı görmək üçün gözləməli olacaqlar”.
PSJ UEFA Çempionlar Liqasının 5 turundan sonra 4 xal toplayıb və hazırda 25-ci yerdədir ki, bu da onlara turnirin pley-off mərhələsinə vəsiqə qazanmağa imkan vermir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin