Enrike Mbappe haqda: “Deməyə sözüm yoxdur”

PSJ-nin baş məşqçisi Luis Enrike komandanın hücumçusu Kilian Mbappe haqda fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı, tərəflər səsini çıxarmayana qədər susacağını bildirib:

“Mbappe? Deməyə sözüm yoxdur. Tərəflər səsini çıxarmayana qədər mən susacam. Onlar danışanda mən də danışacam”.

Mbappenin cari mövsümün sonunda PSJ-dən ayrılacağı bildirilir. Onun “Real”a keçəcəyi gözlənilir.

25 yaşlı fransalı forvard bu mövsüm 32 oyun keçirib, 41 qol vurub və 9 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button