Luis Enrike klub futboluna qayıdır?
İspaniya millisinin keçmiş çalışdırıcısı Luis Enrike klub karyerasını bərpa edə bilər.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, hazırda ispaniyalı mütəxəssis bu barədə rəsmi təklif almayıb. O, sonuncu dəfə 2014-2017-ci illərdə “Barselona”nı çalışdırıb.
Enrike 2019-cu ildən İspaniya yığmasının baş məşqçisi olub. Onun rəhbərliyi altında Mərakeşə oyunsonrası penaltilərdə uduzan “buğalar” DÇ-2022-də mübarizəni dayandırıb. Bu səbəbdən, Enrikenin milli komanda ilə yolları ayrılıb.
İspaniya millisinin yeni baş məşqçisi Luis de la Fuente olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin