
Luis Enrike ispaniyalı futbolçudan narazıdır
PSJ-nin baş məşqçisi Luis Enrike yarımmüdafiəçi Fabian Ruisdən narazıdır.
Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı Ruisin klubda İspaniya millisində olduğundan nəzərəçarpacaq dərəcədə aşağı keyfiyyətli oyun nümayiş etdirdiyini hesab edir. PSJ ondan irəliləyiş gözləyir.
İspaniyalı futbolçu milli komandanın AÇ-2024-də qalib gəlməsində mühüm rol oynayıb.
28 yaşlı yarımmüdafiəçi cari mövsümdə PSJ-nin heyətində 14 matçda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin