Avropa çempionatında oynadı, PSJ-nin diqqətini çəkdi
İspaniya millisinin və “Çelsi”nin müdafiəçisi Mark Kukurella karyerasını Fransa çempionatında davam etdirə bilər.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, PSJ-nin baş məşqçisi Luis Enrike ispaniyalı futbolçunun xidmətində maraqlıdır.
İspaniyalı çalışdırıcı 25 yaşlı müdafiəçinin Avropa çempionatındakı çıxışı ilə maraqlanır. O, hazırda Almaniyada keçirilən turnirdə İspaniya millisinin əsas oyunçusudur.
Kukurellanın transfer dəyəri 25 milyon avro qiymətləndirilir. Onun “Çelsi” ilə hazırkı müqaviləsi 2028-ci ilin ortalarına qədərdir.
İspaniyalı müdafiəçi ötən mövsüm Premyer Liqada 21 oyun keçirib və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin