ÇL: “İki matçda ümidverici oyun nümayiş etdirdik”
PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Real Sosyedad” üzərində qazanılan qələbəni (2:1) şərh edib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, futbolçularının çox yaxşı çıxış etdiyini söyləyib:
“Biz məşqçilər həmişə həll yolları tapmağa çalışacağıq, lakin oyunçular yaxşı çıxış etdilər. Hamısı çox yüksək səviyyədə oynadılar. Müdafiədə etibarlı, hücumda çox təsirli idilər. İki matçda ümidverici oyun nümayiş etdirdik”.
PSJ iki oyunun nəticəsinə əsasən “Real Sosyedad” məğlub edərək, ÇL-in 1/4 final mərhələsinə yüksəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin