Luis Enrike şəxsən özü maraqlanır – Gürcü futbolçu ilə
Gürcüstan millisinin və “Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya PSJ-də çıxış edə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, gürcü vingerin transferi ilə Paris komandasının baş məşqçisi Luis Enrike şəxsən maraqlanır.
Kvaratsxeliyanın potensial transferi 80 milyon avro dəyərində qiymətləndirilir. Futbolçu ilə “Napoli” arasındakı müqavilənin müddəti 2027-ci ilin ortalarına kimi hesablanıb.
23 yaşlı yarımmüdafiəçi İtaliya çempionatının ötən mövsümündə 34 matçda iştirak edib. O, 11 qol vurub, 6 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin